Valeri Karpin: “Emin Mahmudov icarəyə veriləcək”

Valeri Karpin: “Emin Mahmudov icarəyə veriləcək”
ÖLKƏ FUTBOLU 13 Dekabr 2011 / 12:09 2868
-  A +

Moskvanın “Spartak” klubu azərbaycanlı futbolçusu Emin Mahmudovu icarəyə vermək istədiyini rəsmən təsdiqləyib.

Qol.Az-ın məlumatına görə, bu haqda Rusiya mətbuatına müsahibəsində klubun baş məşqçisi Valeri Karpin məlumat verib. O deyib ki, «Spartak» əsas heyətdə möhkəmlənə bilməyən Mahmudovla yanaşı, Jano Ananidze və Filip Ozobiçi də icarəyə vermək istəyir.

Karpinin sözlərinə görə, əgər kluba sərfəli təklif olsa, o zaman qış fasiləsində adları çəkilən oyunçular başqa komandalara keçəcəklər.

Xatırladaq ki, AFFA-nın milliyə cəlb etmək istədiyi Emin Mahmudov “Spartak”a bu ilin yanvarında transfer olunub. O, komandaya böyük ümidlərlə cəlb edilsə də, baş məşqçi Valeri Karpinin etimadını doğrulda bilməyib. Bu səbəbdən Emin nəinki əsas heyətdə yerini itirib, hətta bir neçə oyunu əvəzedici heyətdə keçirib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord