Devid Bekhem PSJ ilə anlaşdı

Devid Bekhem PSJ ilə anlaşdı
XƏBƏR 13 Dekabr 2011 / 02:11 2595
-  A +

Amerikanın "Los Angeles Qalaksi" klubunun futbolçusu Devid Bekhemin Fransaya yolu açılıb.

Qol.Az-ın məlumatına görə, 36 yaşlı futbolçunun PSJ klubu ilə anlaşdığı bildirilir.

"Mançester Yunayted" və "Real" (Madrid) klublarının sabiq futbolçusu PSJ ilə 1,5 illiyinə müqavilə imzalayacaq.

Bu müddət ərzində Paris təmsilçisində çıxış edəcək Bekhemin qazancı da açıqlanıb. İngilis futbolçu PSJ-də keçirəcəyi il yarımlıq mövsüm ərzində 12 milyon funt-sterlinq qazanacaq.

Qeyd edək ki, 2007-ci ildən "Los Angeles Qalaksi"də çıxış edən Bekhem keçirdiyi 81 oyunda 12 qola imza atıb.


Son xəbərlər