Boksçularımızdan 2 qızıl, 2 gümüş, 2 bürünc medal

Boksçularımızdan 2 qızıl, 2 gümüş, 2 bürünc medal
XƏBƏR 13 Dekabr 2011 / 01:05 2162
-  A +

Ukraynanın Aryomovsk şəhərində yeniyetmələr arasında boks üzrə “Dost ölkələrin kuboku” yarışına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, turnirdə Azərbaycan milli komandası 2 qızıl, 2 gümüş, 2 bürünc medala sahib olub.

Boksçularımızdan Araz Gülməmmədov (50 kq) və Məsud Yusifzadə (52 kq) bütün görüşlərdə qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnir Şəfizadə (48 kq) və Nurlan Nağıyev (57 kq) yalnız finalda uduzaraq, 2-ci yerə layiq görülüblər. Şamil İbrahimov (54 kq) və Rövşən Musayev (63 kq) 3-cü yerlə kifayətləniblər.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın