Danışılmış oyunlarla əlaqədar şübhəli bilinən 8 nəfər azadlığa buraxıldı

Danışılmış oyunlarla əlaqədar şübhəli bilinən 8 nəfər azadlığa buraxıldı
XƏBƏR 13 Dekabr 2011 / 00:26 2449
-  A +

Türkiyədə danışılmış oyunlarla bağlı istintaq davam edir. Qol.Az-ın məlumatına görə, İstanbul məhkəməsinin növbəti iclasında şübhəli şəxs qismində həbs olunanlardan 8 nəfərin azadlığa buraxılması haqda qərar verilib.

Bunlar “Beşiktaş” rəsmisi Serdal Adalı, baş məşqçisi Tayfur Havutçu, “Beşiktaş”ın protokol müdiri Ahmet Ateş, “Diyarbəkirspor” klubunun keçmiş prezidenti Əbdürrəhman Yaqut, futbolçular İbrahim Akın, Ümit Karan, Korcan Çelikay və İskender Alındır.

Onların istintaq bitənədək azadlıqda qalacaqları bildirilir. Bundan başqa, bir sıra futbolçu və məşqçilər haqda stadionlara girişin qadağan edilməsi qərarı da ləğv olunub.

Qeyd edək ki, İstanbul məhkəməsi "Fənərbaxça" prezidenti Əziz Yıldırımın azadlığa buraxılması haqda edilən müraciəti isə rədd edib. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord