“Neftçi” Reis Klaudinei ilə danışıqlara başladı

“Neftçi” Reis Klaudinei ilə danışıqlara başladı
ÖLKƏ FUTBOLU 12 Dekabr 2011 / 22:47 3938
-  A +

Hazırda müqavilə ilə “Rəvan” klubuna məxsus olan braziliyalı Reis Klaudinei futbolçu karyerasını Bakının “Neftçi “ klubunda davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, artıq bir neçə gündür “Neftçi”nin nümayəndələri “Rəvan”ın futbolçusu ilə danışıqlar aparır.

Danışıqlar müsbət nəticələnərsə, futbolçu qış fasiləsində “Neftçi”yə keçə bilər.

Qeyd edək ki, “Neftçi” bu mövsüm hələ heç bir futbolçu transfer etməyib. Lakin klub rəsmiləri qış fasiləsi zamanı komandaya bir neçə əcnəbi oyunçunun transferinin mümkünlüyünü  bildirib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı