"Qəbələ" - "Barselona" əməkdaşlığına start verildi

"Qəbələ" - "Barselona" əməkdaşlığına start verildi
XƏBƏR 12 Dekabr 2011 / 18:57 2539
-  A +

“Qəbələ” və İspaniyanın “Barselona” klubu arasında əməkdaşlığın ilkin mərhələsi başlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq müqaviləyə daxil olunan məsələlərdən birincisi reallaşdırılır və İspaniya təmsilçisinin məşqçiləri - Xosep Moratalla, Xavyer Aquado Kompanis və Karlos Martorell artıq Qəbələdə seminarların keçirilməsinə bu gün start veriblər.

“Barselona”nın sabiq futbolçusu, UEFA-nın Pro kateqoriyalı məşqçisi Xosep Moratalla başçılığı ilə təşkil olunan seminarda “Qəbələ” Futbol Akademiyasının, əvəzedici heyətinin məşqçiləri və seleksiyaçı məşqçilər iştirak edirlər.

Gündəlik iki hissədən ibarət olan seminarda 10 gün ərzində yerli məşqçilərə nəzəri və praktiki məşqlər keçiləcək. Günün ilk yarısında məşqçilərə nəzəri bilgilər veriləcək. Günün ikinci yarısında isə ispaniyalı mütəxəssislər bu biliklərin praktiki olaraq həyata keçirilməsi sirlərini aşılayacaqlar. Seminarda yerli məşqçilərə yalnız “Barselona”nın məşq və oyun üslubu barədə məlumatlar veriləcək. Digər hər hansı bir klubun təcrübəsindən istifadə olunmayacaq.

Qeyd edək ki, qarşısına dünya səviyyəli futbol klubu yaratmaq məqsədi qoyan “Qəbələ”nin sözügedən əməkdaşlığın qurulmasındakı məqsədi peşəkar klub kimi formalaşmasında “Barselona” təcrübəsindən yararlanmaqdır.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı