Neymar: "Mən də Messi kimi oynamaq istəyirəm"

Neymar: "Mən də Messi kimi oynamaq istəyirəm"
XƏBƏR 12 Dekabr 2011 / 18:03 2825
-  A +

Yaponiyada təşkil olunacaq dünya çempionatına qatılan Braziliyanın "Santos" klubunun ulduz futbolçusu Neymar yenidən Messi haqda danışıb.

Qol.Az-ın məlumatına görə, gənc futbolçu yaxın gələcəkdə Messi kimi oynamaq istədiyini bildirib:

"Heç kəsə sirr deyil ki, Messi dünyanın ən yaxşı futbolçusudur. Onun oyunundan zövq almamaq mümkün deyil. Mən də yaxın gələcəkdə Messi kimi oynamaq istəyirəm. İnanıram ki, bu arzuma çatacağam".

Qeyd edək ki, "Santos" klublararası dünya çempionatının finalında "Barselona" ilə qarşılaşa bilər. Hər iki komanda finala çıxacağı təqdirdə azarkeşlər Neymar - Messi duelinin şahidi olacaqlar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı