"Turan" - "Qəbələ" oyunu Şəmkirdə keçiriləcək

"Turan" - "Qəbələ" oyunu Şəmkirdə keçiriləcək
ÖLKƏ FUTBOLU 12 Dekabr 2011 / 17:26 3059
-  A +

İntizam Komitəsinin qərarına əsasən “Turan” klubu növbəti iki ev oyununu neytral meydanda keçirməlidir.

Qol.Az-ın məlumatına görə, “Turan” klubu Peşəkar Futbol Liqasına (PFL) məktub ünvanlayaraq növbəti ev oyununun keçirilmə yeri kimi Şəmkir Olimpiya Kompleksinin meydanını göstərib. 

“Turan” klubu ilə Şəmkir Olimpiya Kompleksinin rəhbərliyi arasında əldə edilmiş razılaşmanı və eləcə də təhlükəsizliyin yüksək səviyyədə təmin olunacağı barədə hər iki tərəfin təminat məktubunu nəzərə alan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu görüşün Şəmkir Olimpiya Kompleksində keçirilməsi haqda əmr verib.

Qeyd edək ki, Unibank Premyer Liqasının XVII turunun “Turan” – “Qəbələ” matçı dekabrın 15-də keçiriləcək.  

Daha çox


Son xəbərlər