“Onsuz da biz boş tribunalar önündə oynamağa öyrəşmişik”

XƏBƏR 12 Dekabr 2011 / 15:43 3203
-  A +

Uzun müddət zədə üzündən yaşıl meydanlardan kənarda qalan “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov komandasının ötən bazar günü səfərdə “Xəzər Lənkəran”a qarşı keçirilmiş oyununda iştirak edib.

“Meydana çıxacağım bir az gözlənilməz oldu. Birdən Qurban müəllim hazırlaşmağımı tapşırdı.  Cəmi beş həftə olar ki, oyunları buraxmışam. Bu, o qədər də, böyük zaman deyil. Əlim yaxşı vəziyyətdə olsa, məşqçi şans verərsə, qarşıdakı oyunlarda da çıxış edəcəyəm” – deyə R.Sadıqov Qol.Az-ın müxbiri ilə söhbətində bildirib.

O, Lənkərandakı oyun çox maraqlı keçdiyini söyləyib: “Rəqib komanda həm fiziki həm də, psixoloji cəhətdən xoş təsir bağışladı”.

“Oyunun boş tribunalar önündə keçirilməsi çıxışınıza nə kimi təsir etdi” sualına müdafiəçi belə cavab verib: “Onsuz da biz Azərbaycan çempionatında boş tribunalar önündə oynamağa öyrəşmişik. Sadəcə olaraq, Lənkəranda belə ab-hava görməmişdik. Bu, bizə bir az qəribə gəldi” – deyə o vurğulayıb.


 

Daha çox


Son xəbərlər