Anri yenidən Premyer Liqada oynaya bilər

Anri yenidən Premyer Liqada oynaya bilər
XƏBƏR 12 Dekabr 2011 / 14:33 2354
-  A +

Amerikanın "Red Bulls" klubunun futbolçusu Tyeri Anri yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Qol.Az-ın məlumatına görə, fransalı futbolçu "Everton" klubunun maraq dairəsinə düşüb.

Hücum xəttində sıxıntı çəkən "Everton" klubu Anrini icarəyə götürmək niyyətindədir. Amerika liqasında fasilə mart ayında başa çatdığından Anri bu müddət ərzində Liverpul təmsilçisinin heyətində oynaya bilər.

Hazırda formadan düşməmək üçün sabiq komandası "Arsenal"la birgə məşqlərə çıxan Anrinin "topçular"ın heyətinə qayıdacağı da istisna olunmur. Lakin bu "Arsenal"ın baş məşqçisi Arsen Vengerin qərarından asılı olacaq.

Qeyd edək ki, Anri 1999-2007-ci illərdə məhz "Arsenal"ın şərəfini qoruyub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı