Rövnəq Abdullayev: "Foqtsun qarşısında duran vəzifə şərəfli çıxışdır”

Rövnəq Abdullayev: "Foqtsun qarşısında duran vəzifə şərəfli çıxışdır”
GÜNDƏM 12 Dekabr 2011 / 14:29 3164
-  A +

“Berti Foqtsla danışıqlarımız müsbət nəticələndi və onunla müqaviləni uzatdıq. O, 2014-cü il dünya çempionatının seçmə mərhələsində milli komandamızın baş məşqçisi olacaq. İnanıram ki, yığmamızın çalışdırıcısı kimi ölkəmizi şərəfli təmsil edəcək”.

Qol.Az-ın məlumatına göə, bu sözləri jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Assosiasiya başçısı 2008-ci ilin aprelindən milli komandanın baş məşqçisi olan Berti Foqtsla imzalanan yeni müqavilədən danışıb. Abdullayev Foqtsun öhdəçilik götürüb-götürməməyi ilə bağlı sualı belə cavablandırıb: “O, nə öhdəçilik götürməlidir ki? Yığmamızı dünya çempionatının final mərhələsinə çıxarmalıdır? Yox, Foqts eyni öhdəçilikləri götürüb. Onun qarşısında duran vəzifə şərəfli çıxışdır”.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq