İngiltərə və İtaliyada turun əsas oyunları "Topaz"da

İngiltərə və İtaliyada turun əsas oyunları "Topaz"da
ETOPAZ 12 Dekabr 2011 / 14:08 3215
-  A +

• Roman Abramoviç, yoxsa ərəb şeyxləri?
• Totti “Qoca Sinyora”nı dayandıra biləcəkmi?
• “Fənər” matçı “Bursaspor” üçün dönüş oyunu olacaqmı?

Həftənin ən ağır gününün stressini atmağın ən yaxşı yolu “Topaz” məntəqəsinə baş çəkməkdi. Bir qədər futbol biliyinizi işə salsaz, həm də yaxşıca qazanmaq fürsəti əldə edərsiz. Bazar ertəsi olmasına rəğmən, proqramımızda hər bir futbolsevərin biganə qala bilməyəcəyi ən azı 3 oyun var. İngiltərə və İtaliyada turun mərkəzi görüşləri məhz bu günə təyin edilib.
Roman Abramoviçin “Çelsi”si, ərəb şeyxlərinin havadarlıq etdiyi “Mançester Siti”yə qarşı! Bu böyük qarşılaşma hər yönüylə maraq doğurur.

Çempionlar Liqasında “zadəganlar”, Premyer Liqada isə əksinə “şəhərlilər” daha yaxşı çıxış edir. “Şəhərlilər” İngiltərədə məğlubiyyətsiz irəliləyən yeganə komandadı. Liderdilər və səfərdə oynamalarına rəğmən, bu qarşılaşmanı da məğlubiyyətsiz başa vuracaqlarını ehtimal etmək olar. “Çelsi” isə artıq ön sıralardan geri qalmağa başlayıb.

Əgər Villaş-Boaşın komandası çempionluq ambisiyalarının təsdiqləmək fikrindədirsə, əsas rəqiblərinə qalib gəlməlidir. Bunu bacaracaqlarmı? Biz düşünürük ki, çətin. Siz başqa fikirdəsiz? Onda buyurun, “Topaz” məntəqələrinə, həm haqlı çıxın, həm də ciblərinizi doldurun! Yox, əgər sizin də favoritiniz “Mançester Siti”dirsə, onda bu möhtəşəm görüşü bizimlə birgə oynayın və əminliyinizdən maksimum faydalanın. 

İtaliyada turun əsas hadisəsi Romanın məşhur “Olimpiko” stadionunda cərəyan edəcək. Bura Apennin yarımadasında məğlubiyyətin nə olduğunu bilməyən yeganə komanda -“Qoca Sinyora” gəlir. Kalçoda mövqeyini geri qaytarmaq eşqiylə alışıb-yanan “Yuve”də yalnız qələbə haqda düşünürlər. “Roma”nın isə geriyə yolu yoxdu. Son iki oyunda acı məğlubiyyətə düçar olan “canavarların” baş məşqçisi Luis Enrike üçün bu sonuncu yenilgi ola bilər. “Yuve”dən fərqli, rəqibi uğursuzluq zolağına düşüb. Ortabablar sırasına enən Roma nəhənginin heyətlə bağlı da problemləri ciddidir. Juan, Fernando Qaqo və Boyan Krkiç son turda meydandan qovulub. Bu azmış kimi statistika da Turin superklubunun xeyrinədi. Son 11 ildə “Olimpiko”da cəmi bir dəfə uduzublar.

Amma “Roma”nı hesabdan silməyə tələsməyin. “Canavarlar” üçün sevindirici xəbər də var. Nəhayət, Françesko Totti zədəsini tam sağaldıb və oyuna hazırdı. Kapitanın dönüşü isə komandanın özünə gəlməsi üçün gözəl stimul ola bilər. Bəs siz nə deyirsiz: “Roma”, yoxsa “Yuventus”? Cavablarınızı “Topaz” məntəqələrində qəbul edirik.

Türkiyədə də çox maraqlı bir matç Bursada keçiriləcək. Yerli komanda “Fənərbaxça”nı qəbul edir. “Fənər” lider “Qalatasaray”ı xal hesabında irəli buraxmamaq üçün yalnız qələbəyə qane olacaq. “Bursaspor” isə son 9 qarşılaşmanın sadəcə birində qələbə qazana bilib. Ərtoğrul Sağlam və yetirmələri İstanbul nəhəngi ilə dueli dönüş oyunu kimi qəbul edir.

Proqramımızda ekspress kuponunuza həvəslə daxil edə və uduş məbləğinizi artıra bilcəyiniz yetərincə başqa oyunlar da var.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.


"Topaz"


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki