Mariya Stadnik Londonda qızıl medal qazandı

XƏBƏR 12 Dekabr 2011 / 12:10 1857
-  A +

Londonda olimpiadaya hazırlıq məqsədilə güləş üzrə test yarışları keçirilib.

Azərbaycan Güləş Federasiyasından Qol.Az-a verilən xəbərə görə, yarışların ilk günündə qadın və yunan-roma güləşçilərimiz çıxış ediblər.

48 kq-da Mariya Stadnik startda Rusiya, ikinci görüşdə Ukrayna idmançısını məğlub edərək finala çıxıb. Həlledici görüşdə Stadnikin rəqibi Almaniya güləşçisi olub. Stadnik bu görüşdən də başıuca ayrılmaqla qızıl qazanıb.

55 kq-da Yuliya Ratkeviç mübarizəyə 1/4 finaldan başlayıb və məğlub olub. Bürüncə gedən yolda Ratkeviç uğurlu güləşib və yekunda Rusiya güləşçisini üstələyərək medal qazanmağı bacarıb.

Rövşən Bayramov bu dəfə çəki salmayaraq, 60 kq-da mübarizə aparıb. Çinli rəqibini yenən Bayramov yarımfinalda Fransa təmsilçisinə uduzub və bürünc uğrunda yarışmalı olub. Ancaq Danimarka güləşçisi ilə görüşdə uduzan Rövşən 5-ci yeri tutub.

84 kq çəkili Saman Təhmasibi də qızıl qazanmağı bacarıb. Təhmasibi İsveç, Türkiyə və Estoniya güləşçilərini üstələyərək, finala çıxıb. Burada isə Ukrayna güləşçisi də həmyerlimizlə bacarmayıb.

Sərbəst güləş yarışlarında Cəbrayıl Həsənov (66 kq) ilk görüşündə uduzsa da, sonradan bürünc qazanmağı bacarıb. Əşrəf Əliyev (74 kq) də üçüncü pillədə dayanıb. Ən uğurlu çıxışı isə son dünya çempionatının qalibi Şərif Şərifov (84 kq) nümayiş etdirib. Şərifov Londonda da qızıl qazanmağı bacarıb.

Test yarışları zamanı çempion olmuş Saman Təhmasibi (84 kq) yunan-Roma güləşi üzrə ən texnikalı və əzmkar güləşçi üçün təsis olunmuş xüsusi mükafata layiq görülüb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın