Türkiyə Superliqası: "Qalatasaray" "Trabzonspor"u da xalsız qoydu

Türkiyə Superliqası: "Qalatasaray" "Trabzonspor"u da xalsız qoydu
DÜNYA FUTBOLU 12 Dekabr 2011 / 02:35 3395
-  A +

Ötən gün Türkiyə Superliqasının XV turunda növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutub.

Öz meydanında "Orduspor"u qəbul edən "Gənclərbirliyi" inamlı qələbə qazanıb. İkinci hissənin əvvəlində hesabda geri düşən meydan sahibləri 3 qol vurmaqla xalını 19-a yüksəldib.

Günün digər iki qarşılaşmalarında matçın taleyini bir qol həll edib. “Antalyaspor” evdə “Ankaragücü”nə, “Mersin İdmanyurdu” isə “Samsunspor”a 1:0 hesabı ilə qalib gəlib. 

İstanbulun "Beşiktaş" klubu isə bu turda qələbəyə həsrət qalıb. Matçın 70-ci dəqiqəsində hesabda önə keçən "qara qartal" oyunun sonlarına yaxın üstünlüyü əldən verərək bir xalla kifayətlənib - 1:1.

Turun mərkəzi qarşılaşması isə Trabzonda baş tutub. Burada yerli "Trabzonpsor" klubu "Qalatasaray"la qarşılaşıb. Günün son matçı olan bu görüşdə "Qalatasaray" rəqibini 3:0 hesabı ilə məğlub edib.

 


10 dekabr

Türkiyə Superliqasında XV turun oyunları

“Qaziantepspor” – “Eskişehirspor” - 0:1
Qol:
Pele, 56 (0:1)

 

11 dekabr

“Antalyaspor” – “Ankaragücü” - 1:0
Qol:
Zitouni, 80 (1:0)

“Gənclərbirliyi” – “Orduspor” - 3:1
Qollar:
Kulio, 47 (0:1), Öztekin, 50 (1:1), Tum, 59 (2:1), Ayhan, 90-avtoqol (3:1)

“Mersin İdmanyurdu” – “Samsunspor” - 1:0
Qol:
Beto, 85 (1:0)

“Beşiktaş” – “İstanbul BB” - 1:1 
Qollar:
Pektemek, 70 (1:0), Köşe, 87 (1:1)

“Trabzonspor” – “Qalatasaray” - 0:3
Qollar:
Elmander, 5 (0:1), İnan, 43 (0:2), Gülselam, 90 (0:3)

 

12 dekabr

“Kayserispor” – “Karabükspor”

“Sivasspor”- “Manisaspor”

“Bursaspor” – “Fənərbaxça”

 

S

Komandalar

O

Q

H

M

Xal

1.

“Qalatasaray”

15

9

4

2

31

2.

“Beşiktaş”

15

8

4

3

28

3.

“Fənərbaxça”

14

8

4

2

28

4.

“Eskişehirspor”

15

8

2

5

26

5.

“İstanbul BB”

15

6

5

4

23

6.

“Mersin İdmanyurdu”

15

6

5

4

23

7.

“Manisaspor”

14

6

5

3

23

8.

“Trabzonspor”

14

5

6

3

21

9.

“Kayserispor”

14

6

1

7

19

10.

“Gənclərbirliyi”

14

5

4

5

19

11.

“Antalyaspor”

15

5

4

6

19

12.

“Sivasspor”

14

5

4

5

19

13.

“Bursaspor”

14

4

5

5

17

14.

“Orduspor”

15

4

5

6

17

15.

“Qaziantepspor”

15

3

5

7

14

16.

“Karabükspor”

14

3

3

8

12

17.

“Samsunspor”

15

2

5

8

11

18.

“Ankaragücü”

15

1

3

11

6





Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi