Mirbağır İsayev: "Onu bütün "Kəpəz" futbolçularına nümunə göstərərdim"

XƏBƏR 12 Dekabr 2011 / 00:43 2724
-  A +

Unibank Premyer Liqasının sonuncu turunda səfərdə "Sumqayıt Şəhər"in qonağı olan "Kəpəz" rəqibinə 1:4 hesabı ilə məğlub olub.

Qol.Az-ın məlumatına görə, Gəncə təmsilçisinin baş məşqçisi Mirbağır İsayev oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı bunları deyib:

"Armandi Fetuçini “Sumqayıt Şəhər”lə oyunda yeganə futbolçu oldu ki, ondan narazı qalmadım. Matç ərzində bir dəfə də olsun səhvə yol vermədi, sona qədər vuruşdu. Mən onu bütün "Kəpəz" futbolçularına nümunə göstərərdim. Futbolçu gərək şərəfini qoruduğu komandaya hörmət etsin".

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın