Alim Qurbanov “Karvan”dan getməsinin səbəbini açıqladı

PREMYER LİQA 1 Aprel 2009 / 17:28 4733
-  A +

“Karvan” 3-4 aydır futbolçularının maaşını verə bilmir. Mən bura gələndə belə danışmamışdıq. Məsələn, mənə 5 manat söz versələr də, 1 manat ödəyirdilər, deyirdilər, qalanını da sonra verəcəyik. Nə qədər gözləmək olar? Aldığım pul elə yol xərcimə gedirdi”. Bu sözləri “Karvan”la yollarını ayıran Alim Qurbanov deyib. A.Qurbanov gedişinə yevlaxlılar tərəfindən heç bir maneənin yaradılmadığını bildirib: “Heç bir problem olmadı. Nə problem yaradacaqdılar ki? Mən onsuz da burada icarə əsasında oynayırdım. Klub isə söz verdiyi pulu verə bilmirdi. Pulumu da ala bilmədiyimi gördüm və baş məşqçi Yunis Hüseynova dedim ki, daha oynamaq istəmirəm və gedirəm. Beləliklə də “Karvan”ın düşərgəsini tərk etdim”. Alim Qurbanov karyerasının bundan sonra necə olacağını isə hələ bilmir: “Mən müqavilə əsasında “Xəzər-Lənkəran”a məxsusam. Çempionat bitsin, baxaq görək neynirik. Ponomaryov Lənkərandan getsə, oraya qayıdacağam. Əks halda özümə başqa klub tapacağam”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi