Ekspertdən "Qalatasaray" - "Fənərbaxça" matçının icmalı və təxmini

ETOPAZ 6 Dekabr 2011 / 17:43 3217
-  A +

"Topaz"ın təqdim etdiyi bu dəfəki kuponu futbol şərhçisi Doktor Ziya hazırlayıb.

Dünyanın 10 ən dəlisov derbilərindən biri! Fen-Şuy tərzində ilk derbi! Nəyə görə belə deyirəm?

“Qalatasaray” ilk dəfə “Fənərbaxça” ilə çempionat derbisini yeni stadionunda keçirir. Əvvəlki “Ali Sami Yen”də atmosfer doğrudan da “cəhənnəmlik” idi. “Sarı kanaryalar” indi yeni auraya arxalanmaq istəyirlər.
 
“Fənərbaxça” Türkiyə Superliqasındə hazırda liderdir. “Cim-bom” da geri qalmır – uğursuz son mövsümlərdən sonra 2-ci pillədə getməkdədir. Burada “imperator” Fatih Terim faktoru da var. Üstəgəl, futbolda korrupsiya ittihamları “Fənər”də vaxtaşırı qan-qaraçılığına səbəb olur.

“Qalatasaray” ve “Fənərbaxça” arasında son matçlara fikir versək görürük ki, “cim-bom” 3,5 ildən artıq qələbə qazana bilmir. Son 13 matçda isə ümumiyyətlə 1 dəfə qalib gəlib. Bu “silsilənin” qırılma vaxtı çatıb, belə baxsaq. Yuxarıda qeyd etdiklərimi dəlil tutaraq “Qalatasaray”ın qalib gələ biləcəyini seçmək olar.

Digər tərəfdən, ehtiyatlanmaq istəyənlər üçün (son illər İstanbul derbiləri ümumiyyətlə “Qalatasaray”da çətin alınır) 2-3 qol variantının gerçəkləşəcəyinə inamım var.

"Topaz"


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq