Fatih Terim: “İspaniyaya qarşı 11 yox, 80 milyon futbolçu oynayacaq”

Fatih Terim: “İspaniyaya qarşı 11 yox, 80 milyon futbolçu oynayacaq”
DÜNYA FUTBOLU 1 Aprel 2009 / 14:37 2880
-  A +

“Mən meydana 11 cəsur ürək buraxacağam. Stadiondakı azarkeşlərimizlə birlikdə komandamızın heyəti 23, bütün Türkiyə xalqını nəzərə alsaq, 80 milyondan ibarət olacaq. Ancaq bu cür bərabərlik sayəsində ispanları məğlub edə bilərik”. Qol.Az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu szöləri bu gün İspaniyayla qarşılaşacaq Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim deyib. “İmperator” bildirib ki, ispanlara qarşı 11 deyil, 80 milyon mübarizə aparacaq: “Keçən oyunda uşaqlar taktiki tapşırıqlarımı qol buraxana qədər dəqiqliklə yerinə yetirdilər. Qoldan sonrakı inamsızlıq bizə yaraşmadı. Çünki təslim olmaq bizim tərzimiz deyil. Ümidi olmayanın, hədəfi də olmaz. Bu gün isə həm ümidliyik, həm də son ana qədər təslim olmayacağıq. Bu dəfə də Ramosla Ardanın timsalında amansız mübarizə izləyəcəyik. İlk duelin qalibi Ramos ola bilər. Amma bu dəfə Arda status-kvonu bərpa etməlidir. İlk oyunda oyunçu dəyişiklikləri zamanı səhv etdiyimi düşünmürəm. Sabah eyni hal təkrarlansa, yenə də həmin addımı atardım. Start heyətini məndən soruşmayın. Çünki komandamızın heyətində 80 milyonluq bütün xalqımız yer alır ki, onları da saymaqla qurtaran deyil”. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı