Baş nazir ölkəsinin ən yaxşı futbolçusu seçilməyə namizəddi (VİDEO)

VİDEO 3 Dekabr 2011 / 15:15 2644
-  A +

Bolqarıstanın baş naziri Boyko Borisov ölkəsinin 2011-ci il üçün ən yaxşı futbolçusu seçilməyə namizəddi.

Qol.Az-ın məlumatına görə, 52 yaşlı siyasətçi ölkəsinin 3-cü divizionunda çıxış edən “Vitoşa Bıstritsa” klubunda oynayır. Artıq azarkeşlər arasında keçirilən səsvermədə Borisov iki mindən çox səs toplayıb. 2-ci pillədə qərarlaşan “Mançester Yunayted”in hücumçusu Dimitar Berbatov isə 1,5 min səsdən bir qədər çox toplayıb.

Əlavə edək ki, 7 dəfə ölkəsinin ən yaxşısı seçilən Berbatov bir müddət əvvəl fanatlardan daha ona səs verməmələrini xahiş etmişdi. O da maraqlıdı ki, azarkeşlərin səsverməsi ümumi səsvermənin birinci mərhələsidi. İlk mərhələnin yekunlarına görə “top-20”yə daxil olacaq səxslər jurnalistlərin “ətəyindən keçəcək”.

Mənbə: “Futbol+” qəzeti


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı