«İnter» - «Turan»: qalmaqala səbəb olan epizod (VİDEO)

VİDEO 1 Dekabr 2011 / 14:57 3457
-  A +

«İnter» və «Turan» klubları arasında dünən keçirilən Azərbaycan kubokununun 1/8 final mərhələsinin oyununda Tovuz klubu ikinci hissədə meydana çıxmaqdan imtina edib, bu səbəbdən oyun yarımçıq dayandırılıb.
 
«Turan» klubunun futbolçuları, o cümlədən prezidenti Musa Süleymanov mətbuata açıqlamasında «Turan»ın qapısına ikinci qol vurularkən topun qapı xəttini keçmədiyini iddia edir.

Amma təqdim etdiyimiz bu videodakı görüntülər Musa Süleymanovun və futbolçuların iddialarını tamamilə alt-üst edir. Eyni zamanda son vaxtlar kluba pul ayırmaq istəməyən Süleymanovun bu hərəkətinin bəhanədən başqa bir şey olmadığını da göstərir.

Musa Süleymanov klubu idarə edə bilmirsə, vəzifəsindən getsin. Yox, əgər həqiqətən də «Turan»a ürəyi yanıb komandanı saxlamaq istəyirsə, onda normal səviyyədə gedən Azərbaycan futbolunu ləkələməsin.

Hörmətli oxucu, bu videoya siz də baxın və özünüz qərar verin, kimdir haqlı, Musa Süleymanov, yoxsa bu qolu qeydə alan hakimlər?



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı