Avropa Liqası: Arda “Atletiko”ya qələbə qazandırdı

Avropa Liqası: Arda “Atletiko”ya qələbə qazandırdı
DÜNYA FUTBOLU 1 Dekabr 2011 / 02:00 5409
-  A +

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, əvvəlki turlardan fərqli olaraq bu dəfəki oyunlar iki gün ərzində keçirilir.

Bu axşam A, B, C, G, H və İ qruplarında oyunlar baş tutacaq. Digər qrupların isə oyunları isə sabah keçirilib. A qrupunda “Rubin” (Kazan) öz meydanında “Şamrok Rovers”i, “Tottenhem” isə PAOK-u qəbul edib.

B qrupunda isə “Standart” (Belçika) – “Hannover” (Almaniya) matçı böyük maraq doğururdu. Bu dueldə qalib gələn tərəf böyük ehtimalla qrup liderliyini təmin edəcək ki, bu oyunda meydan sahibləri gülən tərəf olub - 2:0. Qrupun digər matçında isə Ukraynanın “Vorskla” klubu öz meydanında “Kopenhagen”lə (Danimarka) qarşılaşıb və 1:1-lik bərabərə qalıb.

C qrupunda isə bütün diqqətlər “Legiya” (Polşa) – PSV (Eyndhoven) matçına yönəlib. Bu görüşdə Hollandiya təmsilçisi qələbə qazanarsa və ya heç-heçə edərsə, qrup liderliyini qoruyacaqdı PSV bunun öhdəsindən layiqincə gəlib - 3:0. Qrupun digər oyununda isə “Rapid” (Rumıniya) “Hapoel” (Təl-Əviv) klubunu sınağa çəkib və rəqibinə 1:3 hesabı ilə məğlub olub.

H qrupunda isə vəziyyət gərgin olaraq qalırdı. Burada üç komandanın “Braqa” (Portuqaliya), “Birmingem” (İngiltərə) və “Brügge” (Belçika) klublarının eyni xala malik olması bu axşam keçiriləcək oyunlara marağı bir qədər də artırırdı. Lakin “Braqa” “Birmingem”i 1:0, "Brügge" isə "Maribor"u 4:3 hesabı ilə məğlub ediblər.

İ qrupunda isə “Atletiko” (Madrid) və “Udineze” mübarizəsi davam edir. Eyni xala malik bu komandaların bugünkü oyunundan da çox şey asılı olacaqdı. Madrid təmsilçisi Arda Turanın vurduğu yeganə qol sayəsində aktivinə növbəti 3 xalı yazdırıb. "Udineze" isə səfərdə "Renn"lə 0:0-lıq bərabə qalıb.

 


30 noyabr

Avroliqanın qrup mərhələsinin V turunun oyunları

A qrupu

21:00. “Rubin” (Kazan, Rusiya) – “Şamrok Rovers” (İrlandiya) - 4:1
Qollar: Valdez, 10 (1:0), 51 (3:1), Oman, 12 (1:1), Natko, 36 (2:1), Martins, 62 (4:1)

00:05. “Tottenhem” (İngiltərə) – PAOK (Yunanıstan) - 1:2
Qollar: Salpinqidis, 6 (0:1), Athasiadis, 14 (0:2), Modriç, 38-pen (1:2)


S

Komandalar

O

Q

H

M

Xal

1.

 PAOK

5

3

2

0

11

2.

 “Rubin” (Kazan)

5

3

1

1

10

3.

 “Tottenhem”

5

2

1

2

7

4.

 “Şamrok Rovers”

5

0

0

5

0




B qrupu

00:05. “Vorskla” (Ukrayna) – “Kopenhagen” (Danimarka) - 1:1
Qollar: N'Doye, 31-avtoqol (1:0), 37 (1:1)

00:05. “Standart” (Belçika) – “Hannover” (Almaniya) - 2:0
Qollar: Çite, 26 (1:0), Siriak, 59 (2:0)

 

S

Komandalar

O

Q

H

M

Xal

1.

 “Standart”

5

3

2

0

11

2.

 “Hannover”

5

2

2

1

8

3.

“Kopenhagen”

5

1

2

2

5

4.

 “Vorskla”

5

0

2

3

2




C qrupu

00:05. “Rapid” (Rumıniya) – “Hapoel” (Təl-Əviv, İsrail) - 1:3
Qollar: Temile, 12 (0:1), 39-pen (0:2), Deak, 43-pen (1:2), Toama, 45 (1:3)

00:05. “Legiya” (Polşa) – PSV (Eyndhoven, Hollandiya) - 0:3
Qollar: Manolev, 32 (0:1), Mertens, 59 (0:2), Labyad, 68 (0:3)


S

Komandalar

O

Q

H

M

Xal

1.

 PSV (Eyndhoven)

5

4

1

0

13

2.

 “Legiya”

5

3

0

2

9

3.

Hapoel” (Təl-Əviv)  

5

1

1

3

4

4.

Rapid” (Buxarest)

5

0

1

4

1



G qrupu

22:00. “Malmö” (İsveç) – “Az Alkmaar” (Hollandiya) - 0:0

22:00. “Metalist” (Xarkiv, Ukrayna) – “Austria” (Avstriya) - 3:1
Qollar: Deviç, 17 (1:0), Mader, 19 (1:1), Laserde, 40 (2:1), Queye, 60 (3:1), Sosa, 90 (4:1)

 

S

Komandalar

O

Q

H

M

Xal

1.

 “Metalist” (Xarkiv)

5

4

1

0

13

2.

 “AZ Alkmaar”

5

1

4

0

7

3.

 “Austria”

5

1

2

2

5

4.

 “Malmö”

5

0

1

4

1




H qrupu

22:00. “Braqa” (Portuqaliya) – “Birmingem” (İngiltərə) - 1:0
Qol: Viana, 51 (1:0)

22:00. “Maribor” (Sloveniya) – “Brügge” (Belçika) - 3:4
Qollar: Volas, 11 (1:0), 68 (3:0), Donk, 51-avtoqol (2:0), Dirar, 74 (3:1), 77 (3:2), Akpala, 82 (3:3), Donk, 90 (3:4)


S

Komandalar

O

Q

H

M

Xal

1.

 “Braqa”

5

3

1

1

10

2.

Brügge”

5

3

1

1

10

3.

 “Birmingem”

5

2

1

2

7

4.

 “Maribor”

5

0

1

4

1



İ qrupu

22:00. “Renn” (Fransa) – “Udineze” (İtaliya) - 0:0

22:00. “Seltik” (Şotlandiya) – “Atletiko” (Madrid) - 0:1
Qol: Arda Turan, 30 (0:1) 

 

S

Komandalar

O

Q

H

M

Xal

1.

 “Atletiko” (Madrid)

5

3

1

1

10

2.

 “Udineze”

5

2

2

1

8

3.

“Seltik”

5

1

2

2

5

4.

 “Renn”

5

0

3

2

3





1 dekabr

D qrupu

00:05. “Vasluy” (Rumıniya) – “Latsio” (İtaliya)
00:05. “Sportinq” (Portuqaliya) – “Sürix” (İsveçrə)


E qrupu

00:05. “Makkabi” (Təl-Əviv, İsrail) – “Beşiktaş” (Türkiyə)
00:05. “Stok Siti” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna)


F qrupu

00:05. “Atletik” (Bilbao,İspaniya) – “Slovan” (Slovakiya)
00:05. “Zalzburq” (İsveçrə) – PSJ (Fransa)


J qrupu

22:00. AEK (Kipr) – “Makkabi” (Hayfa, İsrail)
22:00. “Şalke” (Almaniya) – “Styaua” (Rumıniya)


K qrupu

22:00. “Tvente” (Hollandiya) – “Fulhem” (İngiltərə)
22:00. “Odense” (Danimarka) – “Visla” (Polşa)


L qrupu
 
21:00. “Lokomotiv” (Moskva, Rusiya) – “Şturm” (Qraz, Avstriya)
22:00. AEK (Yunanıstan) – “Anderlext” (Belçika)

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"