Qari Spidin ölümündən sonra ingilis futbolçular Toni Adamsa üz tutublar

Qari Spidin ölümündən sonra ingilis futbolçular Toni Adamsa üz tutublar
DÜNYA FUTBOLU 29 Noyabr 2011 / 11:11 2452
-  A +

Uels milli komandasının baş məşqçisi Qari Spidin ölümündən sonra adları açıqlanmayan beş futbolçu «Qəbələ» klubunun sabiq baş məşqçisi Toni Adamsın 11 il əvvəl yaratdığı və sahibi olduğu klinikaya müraciət edərək onlardan yardım istəyib.

Qol.Az-ın məlumatına görə, bu haqda Britaniya mətbuatı xəbər yayıb.

Qeyd edək ki, bu klinika alkoqolizm, narkomaniya və depressiya problemi olan insanlara xidmət göstərir.

Klinikanın icrası direktoru Piter Key bildirib ki, Qari Spid intihar etdikdən sonra ona beş futbolçudan telefon zəngi və elektron məktub daxil olub: «Onlar əziyyət çəkdiklərini deyir və kömək istəyirlər».

Piter Key bildirib ki, alkoqolizm, narkomaniya və depressiya problemi olan insanlar klinikaya müraciət etməkdən çəkinməməlidirlər: «Vaxtında müraciət etsələr, bu, onlar üçün xeyirli olar».

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı