İspanlar Terimi ələ keçirmək istəyirlər

İspanlar Terimi ələ keçirmək istəyirlər
DÜNYA FUTBOLU 31 Mart 2009 / 12:34 2944
-  A +

Sabah Türkiyə milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində öz meydanında İspaniyayla qarşılaşacaq. Qol.Az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, oyunöncəsi ispanlar Türkiyə millisinin baş məşqçisi Fatih Terimə təklif ünvanlayıblar. Bu ölkənin aparıcı klublarından olan “Sevilya”nın perizdenti Del Nido “imperator”a təklif göndərərək, onu komandanın başına gətirmək istəyir. Qarşıdakı mövsüm üçün həm İspaniya çempionatında, həm də Çempionlar Liqasında yaxşı çıxış edəcək heyət qurmağı planlaşdıran, klub rəhbəri ilk növbədə işə baş məşqçi məsələsindən başlamaq istəyir. Terimin uğurlarına və komandada yaratdığı nizam-intizama  heyran olan Nidonun Terimə inanılmaz şərtlərlə müqavilə təklif edəcəyi bildirilir. “İmperator”un bu təklifə verəcəyi cavab Türkiyədə böyük maraqla gözlənilir. Çünki Terim Avro-2008-dən sonra dəfələrlə bildirib ki, klubda çalışmaq istəyir. Hadisələrin bu cür gedişatı Türkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgeneri də ciddi narahat edir. Federaisya başçısı bildirib ki, o Terimin milliylə yanaşı, kluba da rəhbərlik etməsinin əleyhinədir.

 


Son xəbərlər