İngiltərə Premyer Liqası: "Mançester Yunayted" və "Arsenal" büdrədi

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" və "Arsenal" büdrədi
DÜNYA FUTBOLU 27 Noyabr 2011 / 00:49 2478
-  A +

Ötən gün İngiltərə Premyer Liqasında XIV turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Öz meydanında "Vulverhempton"u qəbul edən "Çelsi" rəqibini darmadağın edib. Rəqibini 3 cavabsız qolla məğlub edən "Çelsi" xalını 25-ə yüksəldib.

Səfərdə "Vest Bromviç"in qonağı olan "Tottenhem" də turu qələbə ilə başa vurub. İlk hissəsi 1:1 başa çatan oyunda fasilədən sonra daha iki qol vurub və "Tottenhem" növbəti qələbəsini qazanıb.

"Mançester Yunayted" isə bu turda xal itkisi ilə üzləşib. Doğma azarkeşləri önündə "Nyukasl"ı qəbul edən "Mançester Yunayted" 1:1-lik bərabarə qalmaqla bir xalla kifayətlənməli olub.

"Arsenal" klubu da eyni aqibətlə üzləşib. Öz meydanında "Fulhem"lə üz-üzə gələn "topçular" rəqibin müqavimətini qıra bilməyib və meydanı bir xalla tərk edib. Bununla da, "Arsenal" xalını 23-ə çatdırıb.

 

26 noyabr

İngiltərə Premyer Liqasında XIV turun oyunları

"Stok Siti" - "Bləkbörn" - 3:1
Qollar:
Delap, 28 (1:0), Velan, 58 (2:0), Krauç, 72 (3:0), Roçina, 86 (3:1)

"Bolton" - "Everton" - 0:2
Qollar:
Fellaini, 49 (0:1), Vellios, 78 (0:2)

"Çelsi" - "Vulverhempton" - 3:0
Qollar:
Terri, 7 (1:0), Staric, 30 (2:0), Mata, 45 (3:0)

"Vest Bromviç" - "Tottenhem" - 1:3
Qollar:
Mulumbu, 10 (1:0), Adebayor, 26 (1:1), 90 (1:3), Defo, 81 (1:2)  

"Mançester Yunayted" - "Nyukasl" - 1:1
Qollar:
Hernandez, 49 (1:0), Demba Ba, 64-pen (1:1)

"Norviç" - "Kvins Park Reyncers" - 2:1
Qollar:
Martin, 14 (1:0), Yanq, 59 (1:1), Holt, 73 (2:1)

"Sanderlend" - "Uiqan" - 1:2
Qollar:
Larson, 8 (1:0), Qomez, 44-pen (1:1), Di Santo, 90 (1:2)

"Arsenal" - "Fulhem" - 1:1
Qollar:
Vermalen, 65-avtoqol (0:1), 82 (1:1)

 

27 noyabr

"Suonsi" - "Aston Villa"

"Liverpul" - "Mançester Siti"




S

Komandalar

O

Q

H

M

Xal

1.

“Mançester Siti”

12

11

1

0

34

2.

“Mançester Yunayted”

13

9

3

1

30

3.

“Tottenhem”

12

9

1

2

28

4.

“Nyukasl”

13

7

5

1

26

5.

“Çelsi”

13

8

1

4

25

6.

“Arsenal”

13

7

2

4

23

7.

“Liverpul”

12

6

4

2

22

8.

“Everton”

12

5

1

6

16

9.

“Norviç”

13

4

4

5

16

10.

“Aston Villa”

12

3

6

3

15

11.

“Kvins Park Reyncers”

13

4

3

6

15

12.

“Stok Siti”

13

4

3

6

15

13.

“Vest Bromviç”

13

4

2

7

14

14.

“Suonsi”

12

3

4

5

13

15.

“Fulhem”

13

2

6

5

12

16.

“Sanderlend”

13

2

5

6

11

17.

“Volverhempton”

13

3

2

8

11

18.

“Bolton”

13

3

0

10

9

19.

"Uiqan”

13

2

3

8

9

20.

“Bləkbörn”

13

1

4

8

7



Son xəbərlər