Maradona Peleni "mavi" adlandırdı

Maradona Peleni "mavi" adlandırdı
DÜNYA FUTBOLU 30 Mart 2009 / 18:59 3048
-  A +

XX əsrin ən yaxşı futbolçuları, argentinalı Dieqo Maradona və braziliyalı Pele arasındakı münasibətlər yenidən gərginləşməkdədir. Qol.Az saytının məlumatına görə, dünya çempionlarının yola getməmələrinə səbəb bir-birinin ünvanına söylədiyi xoşagəlməz fikirlərdir.

Pele bir müddət əvvəl bildirmişdi ki, Maradona narkotikə qurşandığından gənclər üçün pis nümunədir. Dieqonun “futbol kralı”na cavabı isə daha sərt olub: “Pele kişilərlə təmas zamanı bakirliyini itirib. İndi siz deyin, bundan sonra biz ikimizdən gənclər üçün pis nümunə kimdir, mən, yoxsa Pele?”


Son xəbərlər