“Xəzər Lənkəran” klubunun rəhbərliyi və məşqçilər korpusunun toplantısında komandaının kapitanı Emin Quliyevin transferə çıxarılması qərarı verilib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 2005-ci ildən “ağ-yaşıllı” formanı daşıyan təcrübəli müdafiəçi “Xəzər Lənkəran”ın bir sıra uğurlarında pay sahibi olsa da, son zamanlar onun oyun səviyyəsində aşkar geriləmə hiss olunurdu. Toplantıda futbolçunun komanda üçün əvvəlki illər olduğu qədər xeyirli olmadığı fikrinə gəlinib və hesab olunub ki, Emin kimi təcrübəli oyunçunu ehtiyatda oturtmaq doğru deyil. Aprelin 12-də 32 yaşı tamam olacaq Quliyev “Xəzər Lənkəran”a “Neftçi”dən transfer olunmuş və “ağ-yaşıllı” formada ölkə çempionu titulunu qazanmış, iki dəfə ölkə kubokunun sahibi olmuşdur. 2008-ci ilin qışında Sankt-Peterburqda düzənlənən “Birlik Kuboku”nda komandamızın zəfər qazanmasında da Emin payı olmuşdur.
Futbolçunun klub qarşısında xidmətlərini nəzərə alan rəhbərlik onun transferə çıxarılması qərarını transfer pəncərəsinin açılmasını gözləmədən açıqlayıb ki, Eminin özünə yeni klub tapmaq üçün vaxt qıtlığı olmasın.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi