Rusiya çempionunu "Topaz"da müəyyənləşdir!

Rusiya çempionunu "Topaz"da müəyyənləşdir!
ETOPAZ 18 Noyabr 2011 / 15:36 2510
-  A +

Rusiya Premyer Liqasında qızıl medalların taleyini müəyyənləşdirəcək pley-off mərhələsinə bu gündən etibarən start veriləcək.

Qol.Az-ın məlumatına görə, “Topaz” öz müştərilərinə çempionatının həlledici mərhələsinin həyəcanını yaşamaq şansı verir.

Beləliklə, futbolsevərlər “Zenit” – “Anji” qarşılaşmasını izləməklə həm həzz ala bilərlər, həm də 90 dəqiqəlik mübarizədən sonra pul qazanmaq şansı əldə edərlər.

4-ü tək olmaqla, 41 matçlıq proqramda futbolsevərlər Türkiyə, Fransa və Almaniya çempionatları barədə bilik səviyyələrini yoxlaya bilərlər. Türkiyə Super Liqasında “Trabzonspor” “Mersin İdman Yurdu” ilə səfərdə oynamasına baxmayaraq, favoritdir. “Qaradənizlilərin”in ümidləri doğruladacağına inam böyükdür. Lakin ev sahibləri debutant olsalar da, mövsümə fırtına kimi başlayıblar və doğma azarkeşləri önündə əksər komandalara diz çökdürüblər. Onların yenə də sürprizə imza atacağını düşünmək olar. Son nəticədə kimin şanlı olacağını “Topaz”da müəyyənləşdirin.

Daha çox həyəcan dolu anlar yaşamaq istəyirsizsə, futbol biliyinizi Fransa və Almaniya birinciliklərində də sınaya bilərsiz. Liderlər qrupunda yer alan, mövsümün sonunadək çempionluq uğrunda mübarizə aparacaq “Lion” - “Renn”, “Tuluza” - “Lill” mübarizəsini, eləcə də, Almaniya çempionatında qeyri-stabil qrafik cızan “Bayer” Leverkuzenin “Kayzerslautern”lə səfər oyununu da “Topaz” təkli matç kimi müştərilərinə təqdim edir. Futboldan daha çox həzz almaq istəyirsizsə, “Topaz” məntəqələrinə tələsin.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı