Hiddink Türkiyə millisindən getdi

Hiddink Türkiyə millisindən getdi
DÜNYA FUTBOLU 16 Noyabr 2011 / 11:29 2501
-  A +

Hollandiyalı mütəxəssis Quus Hiddink “Avro-2012”nin Xorvatiyaya qarşı keçirilən pley-off matçlarından sonra tutduğu vəzifədən istefa verib.

Qol.Az-ın “Hurriyyət” qəzetinə istinadən yaydığı məlumata görə, Hiddink Türkiyə millisini Avropa çempionatının final mərhələsinə çıxara bilmədiyi üçün bu addımı atıb.

Xorvatiya ilə dünən keçirilən oyundan sonra Hiddink vəzifəsindən ayrılacağını açıq şəkildə bildirib. Son qarşılaşmadan sonra futbolçularla və Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb Hollandiyaya yola düşən Hiddinkin daha Türkiyəyə qayıtmayacağı xəbər verilir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı