Ramiz Məmmədov: «Yerli futbolçular ümidləri doğrultmadı»

XƏBƏR 27 Noyabr 2008 / 17:58 3695
-  A +

«Qəbələ» dövrələrarası fasilədə heyətə daha çox əcnəbi futbolçuları cəlb edəcək. Qol.Az-a açıqlamasında komandanın baş məşqçisi Ramiz Məmmədov belə deyib: «Qəbələ»də yerli futbolçuların çoxluq təşkil etməsində maraqlıyam. Amma mövsümün əvvəlində komandaya dəvət etdiyim yerli oyunçular ümidləri doğrultmadılar. Bu səbəbdən qış fasildəsində əcnəbi futbolçular transfer edəcəyik. Düzdür, komandaya bir neçə yerli oyunçu da gələcək. Ancaq daha çox legionerlərə üstünlük verəcəyik». Dövrələrarası fasilədə bir çox futbolçularla yollarını ayıracaqlarını söyləyən baş məşqçi hələ ki ad çəkmək istəməyib: «Komandadan kimlərin gedəcəyini tam müəyyənləşdirməmişəm. İndi «Turan»la oyunun hazırlığını davam etdiririk. Bu görüşdə qələbə qazanıb birinci dövrəni macor notda bitirmək istəyirik».


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord