AÇ-2012-nin bütün iştirakçıları müəyyənləşdi

AÇ-2012-nin bütün iştirakçıları müəyyənləşdi
DÜNYA FUTBOLU 16 Noyabr 2011 / 02:48 5802
-  A +

Bu axşam AÇ-2012-nin “play-off” mərhələsinin cavab görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, 8 komandanın iştirakı ilə keçirilən "play-off" oyunlarından sonra AÇ-2012-nin final mərhələsinə gedəcək növbəti 4 yığmanın da kimliyinə aydınlıq gəlib.

İlk görüşündə evdə Xorvatiyaya 0:3 hesabı ilə məğlub olan Türkiyə millisi demək olar ki, AÇ-2012-nin final mərhələsinə getmək şansını itirmişdi. 2008-ci ilin Avropa çempionatında Türkiyəyə penaltilər seriyasında məğlub olan Xorvatiyanın qisası isə çox ağır olub.

Bu axşam Zaqrebdə qarşılaşacaq tərəflər üçün görüş formal xaratek daşıyırdı. Xorvatiyann bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmürdü. Türkiyə millisi isə yalnız möcüzəyə ümid edirdi ki, bunu da bacarmayıb. Cavab görüşündə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb və bununla da, Türkiyə millisi AÇ-2012-nin final mərhələsindən kənarda qalıb.

Günün ən maralı oyunu isə Portuqaliyada baş tutub. Burada yerli komanda – Portuqaliya millisi Bosniya – Hersoqovinanı qəbul edib. İlk görüşdə 0:0 hesabı qeydə alındığından bu oyunda hər iki komandanın şansı qalırdı. Lakin Portuqaliya millisi bu görüşün əsas favoriti hesab olunurdu. 72 dəqiqə Portuqaliyaya müqavimət göstərən qonaqlar sona təslim olublar. Portuqaliya isə rəqibini 6:2 hesabı ilə darmadağın etməklə AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanıblar.

Səfərdə Çexiyaya 0:2 hesabı ilə uduzan Çernoqoriya millisi isə doğma azarkeşlər önündə bu məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, bunu bacarmayıb. İrlandiya millisi isə artıq cütün taleyini ilk oyunda həll etmişdi. Səfərdə Estoniyanı 4 cavabsız qolla məğlub edən irlandlar üçün bu görüş formal xarakter daşıyırdı. Lakin cavab görüşü sülhlə başa çatıb - 1:1.

Qeyd edək ki, Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatında meydan sahibləri ilə yanaşı, İngiltərə, Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya, Portuqaliya, Rusiya, İsveç, Danimarka, Çexiya, Xorvatiya, İrlandiya və Yunanıstan yığmaları da iştirak edəcək. 



15 noyabr

AÇ-2012-nin "play-off" mərhələsinin cavab görüşləri

01:00. Portuqaliya – Bosniya – Hersoqovina (ilk oyun – 0:0) - 6:2
Qollar: Ronaldo, 8 (1:0), 53 (3:1), Nani, 24 (2:0), Misimoviç, 41-pen (2:1), Spahiç, 65 (3:2), Poştiqa, 72 (4:2), 81 (6:2), Veloso, 80 (5:2)

23:05. Xorvatiya – Türkiyə (ilk oyun – 3:0) - 0:0

23:15.
Çernoqoriya – Çexiya (ilk oyun – 0:2) - 0:1
Qol: Jiraçek, 81 (0:1)

23:45. İrlandiya – Estoniya (ilk oyun – 4:0) - 1:1
Qollar: Uard, 31 (1:0), Vasilyev, 57 (1:1)


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi