Parks oynadı, komandası İspaniya ilə bərabərə qaldı

Parks oynadı, komandası İspaniya ilə bərabərə qaldı
DÜNYA FUTBOLU 16 Noyabr 2011 / 03:04 6407
-  A +

Bu gecə dünyanın yaşıl meydanlarında bir-birindən maraqlı görüşlər keçirilib. Qol.Az-ın məlumatına görə, Avropanın bir neçə aparıcı yığması da beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

AÇ-2012-nin seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparmış Almaniya millisi bu dəfə Hollandiya üz-üzə gəlib. Ötən yoldaşlıq görüşündə səfərdə Ukrayna ilə 3:3-lük bərabərə qalan Bundestim bu dəfə qələbə qazanmaq niyyətində idi ki, bunun da öhdəsindən layiqincə gəlib - 3:0.

İtaliya yığması isə öz meydanında son dünya dördüncüsü Uruqvay millisini qəbul edib. Son yoldaşlıq görüşündə səfərdə Polşaya 2:0 hesabı ilə qalib gələn İtaliya millisi bu görüşün də əsas favoriti hesab olunur. Lakin Uruqvayın matçın 3-cü dəqiqəsində vurduğu qol oyunda yeganə olub - 1:0.

“Bakı” klubunun hücumçusu Uinston Parksın çıxış etdiyi Kosta-Rika millisi isə bu dəfə son dünya və Avropa çempionları İspaniya yığmasını qəbul edib. Parksın da 24 dəqiqə oynadığı görüş 2:2 hesabı ilə başa çatıb. İngiltərə isə öz meydanında İsveç millisi ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.



15 noyabr

Beynəlxalq yoldaşlıq oyunları

01:05. Kosta – Rika - İspaniya - 2:2
Qollar:
Brenes, 31 (1:0), Kempl, 44 (2:0), Silva, 83 (2:1), Villa, 90 (2:2)

Qeyd edək ki, "Bakı" klubunun hücumçusu Uinston Parks matçın 66-cı dəqiqəsində meydana çıxıb. Parks ikinci qolun müəllifi Coul Kemplı əvəzləyib. Parksın meydana çıxmasından sonra ispanlar iki qol vuraraq hesabı bərabərləşdiriblər. 

21:15. Sloveniya – ABŞ - 2:3
Qollar:
Badl, 9 (0:1), Matavz, 26 (1:1), 61 (2:3), Dempsey, 41 (1:2), Altidor, 43-pen (1:3)

23:00. Ukrayna – Avstriya - 2:1
Qollar:
Milevski, 18 (1:0), Kuçer, 71-avtoqol (1:1), Deviç, 90 (2:1)

23:15. Danimarka - Finlandiya - 2:1
Qollar:
Eremenko, 18 (0:1), Agger, 57 (1:1), Bendtner, 59 (2:1) 

23:30. Yunanıstan – Rumıniya - 1:3
Qollar:
Torje, 16 (0:1), Karagünis, 34 (1:1), Tanase, 61 (1:2), Çipkiu, 81 (1:3)

23:30. Polşa – Macarıstan - 2:1
Qollar:
Brozek, 36 (1:0), Priskin, 79 (1:1), Vanzak, 86-avtoqol (2:1)

23:45. İtaliya – Uruqvay - 0:1
Qol:
Fernandez, 3 (0:1) 

23:45. Almaniya – Hollandiya - 3:0
Qollar:
Müller, 15 (1:0), Kloze, 26 (2:0), Özil, 66 (3:0)

00:00. İngiltərə - İsveç - 1:0
Qol:
Bari, 22 (1:0)

00:00. Fransa - Belçika - 0:0

16:00. Makedoniya – Albaniya - 0:0

Qeyd edək ki, "Qarabağ"ın  albaniyalı legionerləri Admir Teli və Ansi Aqolli də Makedoniyaya qarşı oyunda iştirak ediblər. Teli 90 dəqiqə meydanda olduğu halda, Aqolli matçın gedişində əvəzlənib.  


Son xəbərlər