7 milyon pul alıblar, oynamaqlarına bax!

7 milyon pul alıblar, oynamaqlarına bax!
DÜNYA FUTBOLU 14 Noyabr 2011 / 11:25 3418
-  A +

“Avro-2012”nin final mərhələsinə düşmək şansı xeyli azalan Türkiyə millisi barədə ilginc xəbər yayılıb.

Məlum olub ki, “Avro-2012”də bərbad çıxışı ilə yadda qalan Türkiyə millisi seçmə mərhələdə ən çox mükafat qazanan komandalardan olub. Bunun müqabilində isə Türkiyənin final mərhələsinə qatılmaq şansı demək olar ki, qalmayıb.
 
Qol.Az-ın internetspor.com saytına istinadən yaydığı məlumata görə, əgər bir mözücə baş versə və Türkiyə “Auro-2012”nin final mərhələsinə düşsə, o zaman komanda 7 milyon lirə (3 milyon 500 min manat) mükafat qazanacaq. Bununla da futbolçuların “Avro-2012”nin seçmə və pley-off mərhələsindən qazanacağı mükafat ümümilikdə 14 milyon lirə (7 milyon manat) olacaq.

Müqayisə üçün qeyd edək ki, Almaniya millisi yalnız Avropa çempionu olacağı halda bu qədər pula sahib ola bilər. Bu ölkənin Futbol İttifaqı “Avro-2012”də birinci yeri tutacağı təqdirdə milli komandaya ümumilikdə 6 milyon 900 min avro (təqribən 16.5 milyon türk lirəsi) mükafat veriləcəyini açıqlayıb. Mükafatı hər bir futbolçu arasında 300 min avro məbləğində bölünməklə ödəniləcək.

Qeyd edək ki, Almaniya millisində seçmə mərhələdə ən yüksək mükafat qazanan (180 min avro) futbolçular Lam, Müller, Noyer, Badstuber, Məsut və Podolski olub. Türkiyə millisində seçmə mərhələnin bütün oyunlarında meydana çıxan Arda Turan isə 900 min avro qazanıb.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı