Advokat Səmədovu niyə oynatmadı?

Advokat Səmədovu niyə oynatmadı?
DÜNYA FUTBOLU 12 Noyabr 2011 / 12:03 2512
-  A +

Dünən Yunanıstan və Rusiya milli komandalarının yoxlama oyununda azərbaycanlı futbolçu Aleksandr Səmədovun adı matçın iştirakçıları sırasında olsa da, meydana buraxılmayıb.

Qol.Az-ın məlumatına görə, bu fakt rusiyalı jurnalistlərin təəccübünə səbəb olub.

1:1 hesabı ilə başa çatan oyundan sonra jurnalislər Rusita millisinin baş məşqçisi Dik Advokata belə bir sual ünvanlayıblar: “Niyə siz ikinci hissədə “Dinamo”nun ən yaxşılarından olan Aleksandr Səmədovu yox, “Everton”da demək olar ki, oyun keçirməyən Diniyar Bilyaletdinovu meydana daxil etdiniz?”

Buna cavab olaraq Dik Advokat deyib ki, o, Səmədovun “Dinamo”da hər matçda iştirak etməsi faktını nəzərə alıb: “Mən istədim ki, “Everton”da tez-tez oynamayan Diniyar bizim komandamızın bir üzvü olduğunu unutmasın”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı