Türkiyə evdə darmadağın oldu, İrlandiya Estoniyanı biabır etdi

Türkiyə evdə darmadağın oldu, İrlandiya Estoniyanı biabır etdi
DÜNYA FUTBOLU 12 Noyabr 2011 / 01:40 6134
-  A +

Bu gün AÇ-2012-nin "play-off" mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, 8 komandanın iştirakı ilə keçirilən "play-off" oyunlarından sonra AÇ-2012-nin final mərhələsinə gedəcək növbəti 4 yığmanın da kimliyinə aydınlıq gələcək.

Bu axşam keçiriləcək 4 görüşdən ən maraq doğuranı isə İstanbulda baş tutub. Burada Türkiyə və Xorvatiya milliləri üz-üzə gəlib. Millimizlə bir qrupda mübarizə apararaq "play-off"a qalan Türkiyə millisi AÇ-2012-nin final mərhələsinə getmək üçün son olaraq Xorvatiya səddini keçməlidir.

Bu komandalar 2008-ci ildə Avstriya və İsveçrədə təşkil olunan Avropa çempionatının 1/4 final mərhələsində qarşılaşmışdı. 120 dəqiqəsi qolsuz başa çatan görüşdə hesab matça əlavə edilmiş dəqiqələrdə açılmışdı. Lakin Xorvatiya millisinin sevinci cəmi bir dəqiqə sürmüşdü.

Semih Şəntürkün son saniyələrdə vurduğu qol Türkiyə millisinin məğlubiyyətdən xilas etmişdi. Oyundan sonra təyin olunan penalti zərbələrini daha dəqiq yerinə yetirən "ay-ulduzlular" yarımfinala vəsiqə qazanmışdılar. Lakin həmin vaxtdan bu yana hər iki komandanın heyətində ciddi dəyişikliklər baş verib.

Xorvatiya millisinin İstanbula qisas dalınca gəlməsi artıq heç kəsdə şübhə doğurmurdu. AÇ-2004 və DÇ-2006-nın "play-off" mərhələlərinin türklər üçün uğursuz olduğunu nərəzə alsaq, Quus Hinddinkin işinin çətin olacağı gözlənilən idi.

Xorvatların qisası isə çox ağır alınıb. Rəqibini səfərdə 3 cavabsız qolla məğlub edən Xorvatiya demək olar ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Türkiyə millisinin işi isə sadəcə möcüzəyə qalıb. Xorvatiyada baş tutacaq cavab oyunu isə formal xarakter daşıyacaq.

Türkiyə - Xorvatiya oyunu ilə yanaşı, bu axşam daha 3 görüş keçirilib. Seçmə mərhələnin son görüşündə Danimarkaya məğlub olmaqla işini çətinə salan Portuqaliya millisi səfərdə Bosnia - Hersoqovinanın qonağı olub. Tərəflərin səylərinə baxmayaraq, bu görüşdə hesab açılmayıb. Günün digər görüşlərində isə Çexiya Çernoqoriyanı, İrlandiya isə Estoniyanı isə məğlub edib.

Qeyd edək ki, "play-off" oyununlarının cavab qarşılaşmaları 4 gün sonra - noyabrın 15-də keçiriləcək.    

 

11 noyabr

AÇ-2012-nin "play-off" oyunları

23:00. Bosniya və Herseqovina - Portuqaliya - 0:0

23:05. Türkiyə - Xorvatiya - 0:3
Qollar:
Oliç, 2 (0:1), Mandzukiç, 32 (0:2), Corluka, 51 (0:3)

23:15. Çexiya – Çernoqoriya - 2:0
Qollar:
Pilar, 63 (1:0), Sivok, 90 (2:0)

23:45. Estoniya - İrlandiya - 0:4
Qollar:
Andrevs, 13 (0:1), Ualters, 67 (0:2), Robi Kin, 71 (0:3), 88-pen (0:4)


Son xəbərlər