Hiddink futbolçulara lahmacun yeməyi qadağan etdi

Hiddink futbolçulara lahmacun yeməyi qadağan etdi
DÜNYA FUTBOLU 9 Noyabr 2011 / 20:10 2617
-  A +

Noyabrın 11-i və 15-də “Avro-2012”nin pley-off mərhələsində Xorvatiya yığmasıyla qarşılaşacaq Türkiyə millisinin baş məşqçisi Quus Hiddink  sərt tədbirlərə əl atıb.

Qol.Az-ın “Milliyyət” qəzetinə istinadən yaydığı məlumata görə, Hiddink futbolçuların axşam vaxtı işkembe, kokoreç, lahmacun və çiy köftə yeməsinə qadaga qoyub. Bundan başqa, Hiddink qonaq ziyarətinə və futbolçuların otelin lobisində gəzməsini yasaqlayıb.

Ümumilikdə, Hiddinkin tədbiq etdiyi qadağa aşağıdakıları əhatə edir:

-Otelə milli komandanın nümayəndələrindən başqa kimsə girə bilməz. Jurnalistlərin və Qurban bayramına görə futbolçuları ziyarət etmək istəyən yaxınlarına otelə girmək qadağan edilib.

-Futbolçuların oteldə gəzmələrinə icazə verilmir. Futbolçular boş zamanlarında otaqlarına çəkiləcəklər, otelin oyun salonları ve lobisində vaxt keçirə bilməyəcəklər.

-Öncəki toplanışlardan fərqli olaraq gündə üç dəfə toplantı keçiriləcək. Məşqdən əvvəl, səhər və axşam yeməklərindən sonra təhlil aparılacaq.

-Daha öncə Türkiyə Futbol Federasiyasından icazə alaraq müsahibə alan jurnalistlər bu istəklərini indi həyata keçirə bilməyəcəklər. Yalnız oyunun yayım hüququnu əldə etmiş telekanalın əməkdaşları istisna hallarda otelə buraxılacaqlar.

-Otələ kənardan yemək sifarişi qadağan olunub. Futbolçulara toplanış çərçivəsində özəl olaraq hazırlanan yeməklər əlavə qida qəbul etməyə icazə verilməyəcək.


Son xəbərlər