Türkiyə Superliqası: "Fənərbaxça" Sivasda təslim oldu

Türkiyə Superliqası: "Fənərbaxça" Sivasda təslim oldu
DÜNYA FUTBOLU 5 Noyabr 2011 / 02:00 2688
-  A +

Ötən gün Türkiyə Superliqasında X turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Öz meydanında "Ankaragücü" ilə qarşılaşan "Samsunspor" rəqibi ilə bacarmayıb. Fasiləyə 2:0 hesabı ilə üstün yollanan meydan sahibləri ikinci hissədə qapılarında iki top görüblər və sonda 1 xalla kifayətləniblər.

Günün digər qarşılaşmasında isə Son Türkiyə çempionu səfərdə "Sivasspor"la qarşılaşıb. Superliqada son 27 oyunda məğlub olmayan bu seriyanı davam etdirə bilməyib.

Hər hissədə bir qol buraxan "sarı-lacivərdlilər" mövsümdə ilk məğlubiyyətini alıb. Bununla belə, "Fənərbaxça" bu həftə turnir cədvəlinin zirvəsində qalacaq. Aktivində 21 xalı olan "Fənərbaxça" rəqiblərini 4 xal qabaqlayır.

 


4 noyabr

Türkiyə Superliqasıda X turun oyunları

"Samsunspor" - "Ankaragücü" - 2:2
Qollar:
Zenke, 2 (1:0), Yıldırım, 42 (2:0), Gucer, 74 (2:1), Qarhan, 77 (2:2)

"Sivasspor" - "Fənərbaxça" - 2:0
Qollar:
Eneramo, 37 (1:0), Qrosiçki, 72 (2:0)

 

5 noyabr

"Orduspor" - "Qaziantepspor"

"Manisaspor" - "Antalyaspor"

"Karabükspor" - "Eskişehirspor"

"Qalatasaray" - "Mersin İdmanyurdu"

 

6 noyabr

"İstanbul BB" - "Bursaspor"

"Trabzonspor" - "Kayserispor"

"Gənclərbirliyi" - "Beşiktaş"


S

Komandalar

O

Q

H

M

Xal

1.

“Fənərbaxça”

10

6

3

1

21

2.

“Qalatasaray”

9

5

2

2

17

3.

“İstanbul BB”

9

5

2

2

17

4.

“Beşiktaş”

9

5

2

2

17

5.

“Trabzonspor”

9

4

4

1

16

6.

“Orduspor”

9

4

4

1

16

7.

“Manisaspor”

9

4

3

2

15

8.

“Sivasspor”

10

4

2

4

14

9.

“Mersin İdmanyurdu”

9

4

1

4

13

10.

“Bursaspor”

9

3

3

3

12

11.

“Eskişehirspor”

9

3

2

4

11

12.

“Gənclərbirliyi”

9

3

2

4

11

13.

“Kayserispor”

9

3

1

5

10

14.

“Antalyaspor”

9

2

4

3

10

15.

“Qaziantepspor”

9

2

2

5

8

16.

“Karabükspor”

9

2

2

5

8

17.

“Samsunspor”

10

1

5

4

8

18.

“Ankaragücü”

10

0

2

8

2




Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı