Trabzonda qalib müəyyənləşmədi, "Real" növbəti mərhələdə

Trabzonda qalib müəyyənləşmədi, "Real" növbəti mərhələdə
DÜNYA FUTBOLU 3 Noyabr 2011 / 01:36 5858
-  A +

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin IV turunda növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

A qrupunun lideri "Bavariya" öz meydanına “Napoli”ni qəbul edib. Münhen təmsilçisi bu görüşdən də 3 xalla ayrılacağı təqdridə növbəti mərhələyə vəsiqə qazanmış olacaqdı ki, "Bavariya" da bunu bacarıb - 3:2. Qrupun digər matçında isə “Mançester Siti” səfərdə İspaniyanın “Vilyareal” klubunu 3:0 hesabı ilə məğlub edib.

B qrupunda Azərbaycan futbolsevərlərinin bütün diqqəti isə Trabzona yönəlmişdi. Burada “Trabzonspor” səfərdə 0:3 hesabı ilə məğlub olduğu CSKA (Moskva) klubunu qəbul edib. Lakin bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. Qrupun digər matçında isə “İnter” öz meydanında “Lill”i 2:1 hesabı ilə üstələyib.

C qrupunun ikincisi “Mançester Yunayted” doğma azarkeşləri önündə səfərdə 1:0 hesabı ilə qalib gəldiyi “Otselul” (Qalats, Rumıniya) klubu ilə qarşılaşıb. Aktivində 1 xal belə olmayan Rumıniya təmsilçisi bu görüşdə 0:2 hesabı ilə məğlub olmaqla növbəti mərhələ şansını tamamilə itirib. Qrupun digər oyunu isə “Benfika” və “Bazel” komandaları arasında olub. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.
 
D qrupunun mərkəzi qarşılaşması isə Fransada baş tutub. Səfərdə Madridin “Real” klubuna 0:4 hesabı ilə məğlub olan “Lion” doğma azarkeşləri önündə bu məğlubiyyətin əvəzini çıxamaq niyyətində idi. Lakin Fransa təmsilçisi rəqibinə 0:2 hesabı ilə məğlub olub. Qrupun digər matçında isə Zaqreb “Dinamo”su səfərdə Hollandiyanın “Ayaks” klubu ilə görüşüb və darmadağınla üzləşib - 0:4. 

 

2 noyabr
 
Çempionlar Liqasında qrup mərhələsinin IV turunun oyunları
 

A qrupu
 
23:45. “Bavariya” (Almaniya) – “Napoli” (İtaliya)  - 3:2
Qollar: Qomez, 17 (1:0), 23 (2:0), 42 (3:0), Fernandez 45 (3:1), 79 (3:2)

23:45. “Vilyareal” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 0:3
Qollar: Ture, 30 (0:1), 71 (0:3), Balotelli, 45-pen (0:2)


S

Komandalar

O

Q

H

M

Xal

1.

Bavariya”

4

3

1

0

10

2.

Mançester Sitii”

4

2

1

1

7

3.

“Napoli

4

1

2

0

5

4.

Vilyareal”

4

0

0

4

0




B qrupu
 
23:45. “İnter” (İtaliya) – “Lill” (Fransa) - 2:1
Qollar: Samuel, 18 (1:0), Milito, 65 (2:0), Melo, 83 (2:1)

23:45. “Trabzonspor” (Türkiyə) - CSKA (Moskva, Rusiya) - 0:0

S

Komandalar

O

Q

H

M

Xal

1.

 “İnter”

4

3

0

1

9

2.

CSKA (Moskva)

4

1

2

1

5

3.

Trabzonspor”

4

1

2

1

5

4.

Lill”

4

0

2

2

2




C qrupu
 
23:45. “Benfika” (Belçika) – “Bazel” (İsveçrə) - 1:1
Qollar: Rodriqo, 4 (1:0), Huggel, 64 (1:1)

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Otselul” (Rumıniya) - 2:0
Qollar: Valensiya, 8 (1:0), Runi, 87 (2:0)
 

S

Komandalar

O

Q

H

M

Xal

1.

 “Benfika”

4

2

2

0

8

2.

 “Mançester Yunayted”

4

2

2

0

8

3.

 “Bazel”

4

1

2

1

5

4.

 “Otselul” (Qalats)

4

0

0

4

0




D qrupu

23:45. “Ayaks” (Hollandiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 4:0
Qollar: Viel, 20 (1:0), Süleymani, 25 (2:0), De Yonq, 65 (3:0), Lodeyro, 90 (4:0)

23:45. “Lion” (Fransa) – “Real” (Madrid, İspaniya) - 0:2
Qollar: Ronaldo, 24 (0:1), 69-pen (0:2)

 

S

Komandalar

O

Q

H

M

Xal

1.

 “Real” (Madrid)

4

4

0

0

12

2.

 “Ayaks”

4

2

1

1

7

3.

 “Lion”

4

1

1

2

4

4.

 “Dinamo” (Zaqreb)

4

0

0

4

0




1 noyabr


E qrupu
 
23:45. “Genk” (Belçika) – “Çelsi” (İngiltərə) - 1:1
Qollar: Ramires, 26 (0:1), Vossen, 61 (1:1)

23:45. “Valensiya” (İspaniya) – “Bayer” (Leverkuzen, Almaniya) - 3:1
Qollar:
Conas, 1 (1:0), Kisslinq, 31 (1:1), Soldado, 65 (2:1), Rami, 75 (3:1)



F qrupu

23:45. “Arsenal” (İngiltərə) – “Marsel” ( Fransa) - 0:0

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Olimpiakos” (Yunanıstan) - 1:0
Qol:
Qrosskroytz, 7 (1:0)



G qrupu
 
21:00. “Zenit” – “Şaxtyor” (Donetsk, Ukrayna) - 1:0
Qol:
Lombaerts, 45 (1:0)

23:45. APOEL (Kipr) – “Portu” (Portuqaliya) - 2:1
Qollar:
Almeyda, 42-pen (1:0), Halk, 89-pen (1:1), Manduka, 90 (2:1)



H qrupu

 
21:00. BATE (Belarus) – “Milan” (İtaliya) - 1:1
Qollar:
İbrahimoviç, 22 (0:1), Bressan, 55 (1:1)

23:45. “Viktoriya” (Çexiya) – “Barselona” (İspaniya) - 0:4
Qollar:
Messi, 24-pen (0:1), 45 (0:2), 90 (0:4), Fabreqas, 72 (0:3)


Son xəbərlər