Babək Quliyevin səhhətində problem yaranıb

XƏBƏR 27 Noyabr 2008 / 15:00 3583
-  A +

Premyer Liqanın XIII turuna hakimlərin təyinatında dəyişiklik edilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, «Turan» - «Qəbələ» oyununa baş hakim kimi təyinat almış Babək Quliyev səhhətində yaranmış problemlə əlaqədar müalicəyə ehtiyac duyduğu üçün bu qarşılaşmanı idarə edə bilməyəcək. Babək Quliyevin əvəzinə «Turan» - «Qəbələ» oyununda baş hakim funksiyasını Elçin Məmmədov yerinə yetirəcək. Elçin Məmmədov əvvəlcədən «Muğan» - «Bakı» oyununa dördüncü hakim kimi təyinat aldığı üçün həmin qarşılaşmada dördüncü hakim Fuad Həsənov olacaq.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi