Sergey Semak: “Foqts Almaniya millisinə kömək etməkçün bütün gücünü qoyacaq ki, bizdən xal alsın”

Sergey Semak: “Foqts Almaniya millisinə kömək etməkçün bütün gücünü qoyacaq ki, bizdən xal alsın”
ÖLKƏ FUTBOLU 26 Mart 2009 / 11:49 2659
-  A +

“Azərbaycan və Lixtenşteynlə oyunlarda heç cür xal itirə bilmərik. Çünki əks halda qrupu lider kimi başa vurmağımız çox çətin olacaq. Buna görə də qarşıdakı iki oyunda qələbədən başqa heç bir nəticə gözləmirəm”. Qol.Az-ın Sportbox.ru saytına istinadən verdiyi məlumata görə, bu sözləri martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq  Rusiya millisinin kapitanı Sergey Semak deyib. Təcrübəli yarımmüdafiəçi millimizin baş məşqçisi Berti Foqts haqda da danışıb: “Yəqin ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts həmyerlilərinə kömək etməkçün bütün gücünü ortaya qoyacaq ki, bizdən xal alsın. Amma təbii ki, bu bir zarafatdır. Əgər ciddi olsaq, həqiqətən də Foqts çox təcrübəli mütəxəxssisdir və indi o bacarığını çoxlarına sübut etmək eşqiylə alışıb-yanır. Hesab elə də önəm daşımır. Əsas olan qələbədir. Hansı ki, ona görə 3 xal qazanırsan. Təbii ki, hər bir azarkeş, eləcə də futbolçular mümkün qədər çox qol görmək istəyirlər. Amma oyunun hansı ssenari üzrə keçəcəyini indidən proqnolaşdırmaq çətindir”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı