UEFA “Sion”u Avroliqaya qaytarır

UEFA “Sion”u Avroliqaya qaytarır
DÜNYA FUTBOLU 28 Oktyabr 2011 / 13:18 2270
-  A +

Bir müddət öncə heyətində cəzalı futbolçuları oynatdığına görə avrokuboklardan kənarlaşdırılan “Sion” yenidən Avroliqaya qayıdır.

Qol.Az-ın məlumatına görə, UEFA İsveçrə təmsilçisinin qitənin ikinci dərəcəli turnirindəki yerinin bərpası üçün klub rəhbərliyini danışığa dəvət edib.

Tərəflərin görüşündə əsasən “Sion”un Avroliqaya necə qaytarılması və mübarizəyə hansı mərhələdən başlaması müzakirə olunacaq.

Qeyd edək ki, iş hazırda Beynəlxalq Təhkim Məhkəməsindədir. Bundan əvvəlki məhkəmədə uduzan UEFA rəsmiləri ikinci dəfə eyni aqibətlə üzləşəcəklərindən qorxduqları üçün “Sion”nun Avroliqaya mümkün qayıdışının detallarını götür-qoy etməyə başlayıblar.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki