Millimiz Özbəkistana qalib gəldi

XƏBƏR 26 Mart 2009 / 11:13 2454
-  A +

19 yaşadək futbolçulardan ibarət milli komandamız martın 23-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirir. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, millimiz toplanış çərçivəsində dünən özbəkistanlı həmyaşıdları ilə yoldaşlıq görüşü keçirib. Qarşılaşma millimizin 1:0 hesablı qələbəsiylə tamamlanıb. Matçın taleyini həll edən yeganə qolu rəqibin qapısından Orxan Həsənov keçirib. Xatırladaq ki, U-19-un Antalya toplanışı martın 30-da yekunlaşacaq.

 


Son xəbərlər