İqor Semşov Kamran Ağayevi xatırladı

XƏBƏR 25 Mart 2009 / 20:50 2439
-  A +

“Təbii ki, azarkeşlərin dəstəyinə hər oyunda ehtiyac duyuruq. Rusiya milli komandası hazırda yaxşı çıxış edir. Buna görə də çox istərdim ki, Azərbaycanla oyunumuz zamanı stadionda mümkün qədər çox azarkeş olsun”. Qol.Az-ın Sports.ru-ya istinadən verdiyi məlumata görə, bu sözləri martın 28-də milli komandamızla qarşılaşacaq Rusiya milli komandasının və “Zenit”in üzvü İqor Semşov deyib. Təcrübəli yarımmüdafiəçi millimiz haqda da danışıb: “Mən Azərbaycan milli komandasının yalnız bir oyununa baxmışam. Səfərdə Uelsə qarşı keçirilən matçda Azərbaycan millisi pis təsir bağışlamadı. Onların qapıçısı (Kamran Ağayev - Qol.Az) yadımda qalıb. Amma mən bildiyimə görə, o bizimlə oyunda meydana çıxmayacaq”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı