Rusiya millisi yeni formalarını təqdim etdi (FOTO)

Rusiya millisi yeni formalarını təqdim etdi (FOTO)
XƏBƏR 25 Mart 2009 / 19:15 2823
-  A +

Martın 28-də milli komandamızla qarşılaşacaq Rusiya millisi yeni formalarının təqdimetmə mərasimini keçirib. Qol.Az-ın Sports.ru saytına istinadən verdiyi məlumata görə, komandanın üzvləri Roman Pavlyuçenko, İvan Saenko, Vladimir Qabulov, Sergey Semak və Alan Dzaqoyev Rusiya millisinin 3 yeni dəst formalarını nümayiş etdiriblər.
Rusiya millisinin ev oyunları zamanı, eyni zamanda millimizlə matçda geyəcəyi forma qırmızı rəngdədir. Eyni zamanda formanın üzərində qızılı rəngdə zolaqlar da var. Rusiya millisinin səfər oyunları zamanı geyəcəyi forma isə ağ rəgli və qırmızı zolaqlıdır. Təqdimetmə mərasimində Rusiya millisinin məşqçilər korpusu və eləcə də Rusiya Futbol İttifaqının baş direktoru Aleksey Sorokin də iştirak edib.

 




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı