Türkiyə Superliqasında derbi oyunları ilə bağlı şok qərar

Türkiyə Superliqasında derbi oyunları ilə bağlı şok qərar
DÜNYA FUTBOLU 26 Oktyabr 2011 / 19:00 2964
-  A +

“Beşiktaş” və “Fənərbaxça” komandaları arasında keçiriləcək ilk derbi matçına “sarı-lacivərd”li tərəfdarları buraxılmayacaq.

Bu gün Türkiyə Futbol Federasiyası “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor” komandaları arasında keçiriləcək derbi matçlarına rəqib komandanın tərəfdarlarının buraxılmaması barədə qərar verib.

Qol.Az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, buna görə də sabah Türkiyədə “Beşiktaş” və “Fənərbaxça” komandaları arasında keçiriləcək ilk derbi matçına “Fənərbaxça” tərəfdarları buraxılmayacaq.

Bu səbəbdən də bu gün satışa çıxarılan “Beşiktaş” - “Fənərbaxça” oyununun biletləri “sarı-lacivərd”li tərəfdarlarından geri alınıb.

 


Son xəbərlər