“Bakı” U-21-lə oynayacaq

XƏBƏR 25 Mart 2009 / 16:52 2312
-  A +

Əksər klublarımızdan fərqli olaraq, “Bakı” klubu millinin oyunu səbəbindən Premyer Liqada yaranmış fasilə müddətində futbolçularına istirahət verməyib. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Qyoko Haciyevskinin komandası gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Milli komandanın düşərgəsinə yollanan futbolçulardan başqa bütün yerli və əcnəbi oyunçular hazırlıqda iştirak edirlər. Bu arada “Bakı” martın 27-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda U-21-lə yoxlama görüşü keçirəcəklər.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki