"Bakı" Braziliyanın aparıcı menecer şirkətiylə əməkdaşlıq edəcək

XƏBƏR 25 Mart 2009 / 15:35 2294
-  A +

"Bakı" klubunun vitse-prezidenti Tunç Afşar İstanbulda “Figer menajerlik Breziliya” menecer şirkətinin təmsilçiləri ilə bir araya gəlib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu görüşdə Braziliya şirkətini tərəfindən şirkətin müdiri Kristian Batçer və Türkiyə təmsilçisi Murat Kuş iştirak ediblət. “Figer menajerlik Breziliya” Avropada bir çox tanınan klublara uğurlu transferləri ilə tanınınr. Nümunə üçün “Roma”dan Baptista, “Bavariya"dan Ze Roberto,  “Fənərbaxça”dan Alex Luqano, “Beşiktaş”dan Bobo, Nobre kimi adları çəkmək kifayətdir. Söhbət zamanı menecer şirkəti ilə “Bakı” futbol klubunun qarşılıqlı əlaqələrinin qurulması, gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu. Sonda hər iki tərəf görüşlə bağlı açıqlama veriblər.

Tunç Afşar: “Komandamız güclü oyunçulardan komplektləşdirilib, bu mövsüm üçün qarşıda duran vəzifələrin öhdəsindən gələcək bir heyətimiz var. Gələn mövsüm heyəti gücləndirmək baxımından faydalı addımlar atmaq niyyətindəyik”.

Kristian Batçer: “Bakı” futbol klubunda aparılan peşəkar fəaliyyət bizi çox sevindirdi. Azərbaycan futbolunun bu qədər inkişaf etdiyini bilmirdik. Oyunçularımızı iş başında nümayiş etdirmək məqsədi ilə “Bakı” təmsilçilərini Brazilyaya dəvət edirik”.

 


Son xəbərlər