Vladimir Ponomaryov: “Azərbaycan Rusiya üçün torbadakı pişik kimidir”

XƏBƏR 25 Mart 2009 / 15:30 2349
-  A +

“Sözün açığı, Azərbaycan milli komandası haqda elə də geniş məlumatım yoxdur. Fikrimcə, Azərbaycan Rusiya üçün torbadakı pişik kimidir”. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri qarşıdakı Rusiya - Azərbaycan oyunu haqda fikirlərini bildirərkən, SSRİ-nin keçmiş futbolçusu Vladimir Ponomaryov deyib. V.Ponomaryov bununla belə, istənilən rəqibdən çəkinmək lazım olduğunu söyləyib: “Azərbaycan milli komandasının futbolçuları barədə məlumatım yoxdur. Bununla belə, indiki futbolda hər bir rəqibdən çəkinmək lazımdır. Əgər tam gücünü meydanda qoymasan, sən də heç nə alınmayacaq. Buna görə də düşünürəm ki, Rusiya millisi oyuna ciddi yanaşacaq. Ən çox da Jirkova güvənirəm. Ondan gözəl oyun gözləyirəm. Bununla belə, müdafiə xəttimiz məni bir qədər qorxudur. Proqnoza gəldikdə isə, fikrimcə, Rusiya millisi 2:0 hesabıyla qalib gələcək. Bu kifayətdir”.

 

 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord