Türk futbolunun başını qara buludlar aldı

Türk futbolunun başını qara buludlar aldı
DÜNYA FUTBOLU 24 Oktyabr 2011 / 18:40 4087
-  A +

UEFA Türkiyə Futbol Federasiyasının qarşısına şərt qoyub. Qol.Az-ın "goal.com"a istinadən yaydığı məlumata görə, ali futbol qurumu adı danışılmış oyunlarda hallanan 3 klub – “Fənərbaxça”, “Mersin İdman Yurdu” və “Sivaspor”un aşağı dəstəyə göndərilməsini tələb edib.

Bundan başqa, UEFA “Beşiktaş”, “Trabzonspor” və “Əskişəhərspor”un da xallarının silinməsini istəyib. TFF UEFA-nın bu tələbini Xorvatiya ilə “play-off” oyununa qədər yerinə yetirməlidir. Əgər bu baş verməsə, qitə futbol qurumu Türkiyə millisi və klublarını uzun müddət beynəlxalq yarışlardan kənarlaşdıracaq.

Belə olan halda sadəcə hazırda avrokuboklarda çıxış edən “Trabzonspor” və “Beşiktaş”ın məsələsi qaranlıq qalacaq. Ancaq TFF-nin qərarından sonra UEFA sözügedən klublarla bağlı da mövqeyini açıqlayacaq.

TFF-ni şoka salan bu tələb hazırda federasiyada əsas müzakirə mövzusudur. Federasiya rəsmiləri müxtəlif yollarla UEFA prezidenti Mişel Platinini fikrindən daşındırmağa çalışırlar.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı