İngiltərə Premyer Liqası: "Mançester Yunayted" doğma meydanda biabır oldu

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" doğma meydanda biabır oldu
DÜNYA FUTBOLU 24 Oktyabr 2011 / 01:27 2637
-  A +

Ötən gün İngiltərə Premyer Liqasında IX turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 5 qarşılaşma baş tutub.

Öz meydanında "Stok Siti"ni qəbul edən "Arsenal" bu görüşdən 3 xalla ayrılıb. Fasiləyə 1:1-lik bərabərliklə yollanan "topçular" ikinci hissədə Van Persinin dublu sayəsində qələbə qazanıblar.

"Çelsi" isə bu tur səfərdə "Kvins Park Reyncers"in qonağı olub. Matçın 10-cu dəqiqəsində hesabda geri düşən qonaqlar nə qədər cəhd göstərsələr də oyunda dönüş yarada bilməyiblər - 0:1.

Turun mərkəzi qarşılaşması isə Mançesterdə baş tutub. Burada iki əzəli komanda - "Mançester Yunayted" və "Mançester Siti" münasibətlərinə aydınlıq gətirib.

İlk hissədə 3 qol vurmağa müvəffəq olan "şəhərlilər" fasilədən sonra daha 3 top vuraraq "qırmızı şeytan"ları biabır ediblər - 6:1. Bununla da, "Mançester Siti" turnir cədvəlinin zirvəsindəki mövqeyini bir qədər də möhkəmlədib.  



22 oktyabr

İngiltərə Premyer Liqasının IX turunun oyunları

“Vulverhemptom” – “Suonsi” 2:2
Qollar:
Qraham, 23 (0:1), Allen, 35 (0:2), Doyl, 84 (1:2), Ohara, 86 (2:2)

“Aston Villa” – “Vest Bromviç” - 1:2
Qollar:
Bent, 23-pen (1:0), Olsson, 45 (1:1), Şarner, 57 (1:2)

“Bolton” – “Sanderlend” - 0:2
Qollar:
Sesseqnon, 82 (0:1), Bendtner, 90 (0:2)

“Nyukasl” – “Uiqan” - 1:0
Qol:
Kabaye, 81 (1:0)

“Liverpul” – “Norviç” - 1:1
Qollar:
Bellami, 45 (1:0), Holt, 60 (1:1)

 

23 oktyabr

“Mançester Yunayted” – “Mançester Siti” - 1:6
Qollar:
Balotelli, 22 (0:1), 60 (0:2), Aquero, 69 (0:3), Fletçer, 81 (1:3), Dzeko, 90 (1:4), 90+3 (1:6), Silva, 90+1 (1:5),

“Fulhem “ - “Everton” - 1:3
Qollar:
Drente, 3 (0:1), Ruiz, 68 (1:1), Saha, 90 (1:2), Rodvel, 90+1 (1:3)

“Arsenal”  –  “Stok Siti” - 3:1
Qollar:
Cervinyo, 27 (1:0), Krauç, 34 (1:1), Van Persi, 73 (2:1), 82 (3:1)

“Bləkbörn” – “Tottenhem” - 1:2
Qollar:
Van der Vart, 15 (0:1), 53 (1:2), Formika, 28 (1:1)

“Kvins Park Reyncers” – “Çelsi” - 1:0
Qol:
Helquson, 10-pen (1:0)


 

S

Komandalar

O

Q

H

M

Xal

1.

“Mançester Siti”

9

8

1

0

25

2.

“Mançester Yunayted”

9

6

2

1

20

3.

“Çelsi”

9

6

1

2

19

4.

“Nyukasl”

9

5

4

0

19

5.

“Tottenhem”

8

5

1

2

16

6.

“Liverpul”

9

4

3

2

15

7.

“Arsenal”

9

4

1

4

13

8.

“Norviç”

9

3

3

3

12

9.

“Stok Siti”

9

3

3

3

12

10.

“Kvins Park Reyncers”

9

3

3

3

12

11.

“Aston Villa”

9

2

5

2

11

12.

“Vest Bromviç”

9

3

2

4

11

13.

“Everton”

8

3

1

4

10

14.

“Sanderlend”

9

2

3

4

9

15.

“Suonsi”

9

2

3

4

9

16.

“Volverhempton”

9

2

2

5

8

17.

“Fulhem”

9

1

4

4

7

18.

“Bolton”

9

2

0

7

6

19.

“Uiqan”

9

1

2

6

5

20.

“Bləkbörn”

9

1

2

6

5





Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord