“Rusiya - Azərbaycan - 3:0”

XƏBƏR 25 Mart 2009 / 13:43 2609
-  A +

“İnanmıram ki, Azərbaycan millisinin Rusiya önündə hansısa xal götürmək şansı olsun”. Qol.Az-ın məlumatına görə bu sözləri SSRİ millisinin sabiq hücumçusu Valentin İvanov deyib. O, hətta oyunla bağlı konkret proqnoz verməkdən də çəkinməyib: “Hiddinkn komandasının Azərbaycanla oyunu əlindən buraxmayacağı şübhəsizdir. Hollandiyalı özü burada olmasa da koməkçiləri daim millinin üzvləri ilə olublar və onların hazırlıqlarından xəbərdardılar. Oyunla bağlı proqnozum 3:0-dır. Mən belə hiss edirəm ki, millimiz şənbə günü qolları sıralayacaq. Bu mənada Pavlyuçenkonun adını xüsusi fərqləndirərdim. Hazırda “Tottenhem”İn hücumçusu əla formadadır və belə olan halda o, nəyə görə minimum 2 qola imza atmasın?”.

 


Son xəbərlər